"...Son onillik ərzində informasiya-kommunikasiya texnologiyalari gündəlik həyatimizin tərkib hissəsinə çevrilmişdir. Müasir dünyanı İnternetsiz, e-mail-sız və qlobal kiberməkanın çoxsaylı digər xüsusiyyətlərsiz təsəvvür etmək bizim üçün artıq cox çətindir.
Konfransda iştirak etmək üçün reqistrasiya dayandırılıb
Bakı: 08:10 Moskva: 07:10 London: 04:10 Nyu York: 23:10 Tokio: 13:10


İKT üzrə Qlobal Konfrans, Bakı şəhəri, 2004-cü il

"Rəqəmsal uçurum və bilik iqtisadiyyatı: problemlər və həlli yolları"

Azərbaycan, Bakı şəhəri, 25-28 noyabr 2004-cü il

IKT üzrə Qlobal Konfrans "Rəqəmsal "Rəqəmsal uçurum və bilik iqtisadiyyatı: problemlər və həlli yolları" Bakı şəhərində 25-28 noyabr 2004 il tarixində keçiriləcək.

Beynəlxalq tədbir olaraq bu konfransa geniş ictimaiyyətdan və media nümayəndələrindən başqa, dünyanın 40 ölkəsinin İKT sənayesinin, hökumətlərin, vətəndaş cəmiyyətlərinin, elm və özəl sektorların 100-dən artıq yüksək səviyyəli nümayəndələri toplaşacaqdır. Onlar e-kontent və e-yaradıcılıq sahəsində olan ən son təcrübələri ilə bölüşəcək və global İKT inkişafının gələcəyini formalaşdırmaq üçün öz bilik və ideyaları ətrafında müzakirələr aparacaqlar.

Konfrans WSA Sərgisi çərçivəsində keyfiyyətli e-kontent sahəsində dünyanın ən yaxşı təcrübəsini, həmçinin e-kontent keyfiyyətinin konkret faydasını İKT sənayəsi nümayəndələrinə və geniş ictimaiyyətə nümayiş etdirəcəkdir.

Konfransda iştirak dünya İKT sektorunun liderləri ilə, hökumət və biznes sektoru səviyyəsində, yüksək səviyyəli şəbəkə əlaqələrinin qurulmasında və gücləndirilməsində əla bir platforma olacaqdır.

Konfrans Azərbaycan hökuməti adından Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və World Summit Award (WSA) təşkilatı və beynəlxalq iştirakçılar şəbəkəsi tərəfindən birgə təşkil olunur. Təşşəbüs Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyev tərəfindən himayə olunur. Cənab İlham Əliyev açılış mərasimində şəxsən iştirak edəcəkdir.

Tədbirin dünya üzrə dəstək kampaniyası Təşkilatçıların beynəlxalq şəbəkəsi vasitəsi ilə həyata keçiriləcəkdir.








   Təşkilatçılar:                                                       Key Partner:          Platinum Sponsor:
                     
Konfransın Təşkilatçılar Komitəsinin Sekretariatı
Əlaqə üçün: C-b Ayaz A. BAYRAMOV
P.O. AZ1000: 33, Azərbaycan küç., Bakı - AZƏRBAYCAN Telefon: +(994-12) 499-9977 / 499-0999
Faks: +(994-12) 499-9988 GSM: +(994-50) 200-6333
Email: global-ict@mincom.gov.az