"...Son onillik ərzində informasiya-kommunikasiya texnologiyalari gündəlik həyatimizin tərkib hissəsinə çevrilmişdir. Müasir dünyanı İnternetsiz, e-mail-sız və qlobal kiberməkanın çoxsaylı digər xüsusiyyətlərsiz təsəvvür etmək bizim üçün artıq cox çətindir.
Konfransda iştirak etmək üçün reqistrasiya dayandırılıb
Bakı: 08:09 Moskva: 07:09 London: 04:09 Nyu York: 23:09 Tokio: 13:09

Akademik Əli M. Abbasov
Rabitə və İnformasiya Texnologiyaları Naziri

Azərbaycan hökuməti adından Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və World Summit Award (WSA) təşkilatı İKT üzrə qlobal konfransı təşkil edir. Təşşəbüs Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev tərəfindən himayə olunur. Cənab İlham Əliyev açılış mərasimində şəxsən iştirak edəcəkdir.

“Rəqəmsal üçürüm və bilik iqtisadiyyatı: problemlər və həllər” mövzusunda təşkil edilən konfransı WSA Sərgisi çərçivəsində keyfiyyətli e-kontent sahəsində dünyanın ən yaxşı təcrübəsini, həmçinin e-kontent keyfiyyətinin konkret faydasını İKT sənayesinə və geniş ictimaiyyata nümayiş etdirəcəkdir.

Geniş ictimaiyyətdən və media nümayəndələrindən başqa konfarnsa dünyanın 40 ölkəsindən İKT sənayesinin, hökumətlərin, vətəndaş cəmiyyətlərinin, elm və özəl sektorların 100-dən artıq nümayəndələri toplaşacaqdır. Konfransda iştirak dünya İKT sektorunun liderləri ilə hökumət və biznes sektoru səviyyəsində, yüksək səviyyəli şəbəkə əlaqələrinin qurulmasında və gücləndirilməsində əla bir müstəvi olacaqdır.

Mən əminəm ki, WSA-nın təşşəbüsü və bu sahə ilə əlaqəli tədbirləri çox perspektivlidir və rəqəmsal üçürümün aradan qaldırılmasında və Qlobal İnformasiya Cəmiyyətinin qurulmasında əsas güc olacaqdır. WSA özünün dünya üzrə yayılmış şəbəkəsi ilə birgə intellektual iqtisadiyyatin dünya miqyasında qurulmasında münasib şərait yaratması və dəstəkləməsi ilə nüfuzlu bir gücə çevrilmişdir.

Mən inanıram ki, yeni Qlobal İnformasiya Cəmiyyəti kimi müvəffəqiyyətli ideyaya yalnız müxtəlif mədəniyyətlərin bir-biri ilə əlaqəsi vasitəsi ilə nail olmaq olar və qlobal dialoqun əsas vasitəsi isə məhz İKT çıxış edəjəkdir. Mən əminəm ki, Azərbaycan, şərq və qərb sivilizasiyalarının bir qovşağı kimi, “İKT üzrə Qlobal Konfransın” 2004 ilin sonunda keçirilməsi üçün mükəmməl bir yer olacaqdır.

İnformasiya Cəmiyyəti üzrə Ümumdunya Sammitinin (İCÜS) fəal iştirakçısı kimi, Azərbaycan Respublikası və onun burada əsas nümayəndəsi kimi təmsil olunan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şərəflə Sizin təşəbbüsünüzü təsdiqləyir və “İKT üzrə Qlobal Konfransın” Bakıda təşkilini tam dəsətəkləyir.

Sizə bütün təşəbbüslərinizdə uğur arzulayıram və inanıram ki, birgə əldə edə biləcəyimiz uğur İnformasiya Cəmiyyətinin inkişafına xidmət edəcəkdir.


   Təşkilatçılar:                                                       Key Partner:          Platinum Sponsor:
                     
Konfransın Təşkilatçılar Komitəsinin Sekretariatı
Əlaqə üçün: C-b Ayaz A. BAYRAMOV
P.O. AZ1000: 33, Azərbaycan küç., Bakı - AZƏRBAYCAN Telefon: +(994-12) 499-9977 / 499-0999
Faks: +(994-12) 499-9988 GSM: +(994-50) 200-6333
Email: global-ict@mincom.gov.az